09:45 - 17.07.2023
17 iyul, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi ticarətində azalır.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:43 – ə qədər $0,77 (0,96%) - bir barelə $79,10-a düşdü. İyulun 14-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,49 (1,83%) ucuzlaşaraq bir barel üçün $79,87-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:43 – ə qədər $0,73 (0,97%) azalaraq bir barel üçün $74,59-a düşüb. İyulun 14 - də keçirilən hərracların nəticələrinə görə, avqust ayı üçün neft fyuçerslərinin qiyməti $1,47 (1,91%) azalaraq bir barel üçün $75,42-a düşüb.
Ötən həftə Brent markalı neft 1,78%, WTI isə 2,11% bahalaşıb.