10:36 - 14.07.2023
14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan 315 979,17 min ABŞ dolları dəyərində 533 963,83 neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 73,6%, həcmi isə 76,7% artıb.
Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.