10:00 - 14.07.2023
14 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2248,3 milyon manat dəyərində neft məhsulları istehsal edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft məhsullarının istehsalı 542,9 milyon və ya 31,8% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 1705,4 milyon manat təşkil edib.