16:19 - 13.07.2023
13 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 248,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9%, sürtkü yağlarının istehsalı 60,5%, avtomobil benzininin istehsalı 39,2%, qazoylların (dizel yanacağının) istehsalı isə 33,9% artıb.
Məlumata görə, yanvar-iyun aylarında ölkədə neft bitumu istehsalı 37%, mazut istehsalı isə 93,8% azalıb.