15:23 - 13.07.2023
13 iyul, Fineko/abc.az. Bakıda bəzi bina sakinlərinə "Azəristiliktəchizat" ASC tərəfindən bildiriş gəlib.
Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən artdığı qeyd olunur.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.
"Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir", - deyə o qeyd edib.