Azərbaycanda elektrik enerjisi istehsalı bu qədər artıb

10:20 - 13.07.2023


13 iyul, Fineko/abc.az. 2023-cü ilin ilk 6 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.8% artaraq 13907.9 milyon kilovat-saat olub. 

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

Qeyd edək ki, hesabat dövründə elektrik enerjisinin ixracı 1265.2 milyon kilovat-saat, idxal isə 137.5 milyon kilovat-saat təşkil edib.