12:09 - 10.07.2023
10 iyul, Fineko/abc.az. Fransanın TotalEnergies şirkəti SOCAR dövlət neft şirkəti ilə birgə Xəzər dənizindəki Abşeron qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlandığını elan edib.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, hasilat gücü sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir.
Qaz Azərbaycanın daxili bazarında satılacaq.
Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi artan tələbatı ödəmək üçün əlavə qaz tədarükünü təmin edir.