09:00 - 7.07.2023
7 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 08:55 –də $0,28 (0,37%) artaraq bir barel üçün $76,80-a çatıb. 6 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $0,13 (0,17%) ucuzlaşaraq bir barel üçün $76,52-a düşdü.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 08:55 –də $0,26 (0,36%) artaraq bir barel üçün $72,06-a çatdı. İyulun 6-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,01 (0,01%) artaraq bir barel üçün $71,80-a yüksəldi.