09:20 - 6.07.2023
6 iyul, Fineko/abc.az. Etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə yüksəlişdən sonra cümə axşamı ticarətində ucuzlaşır.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:15 – ə qədər $0,20 (0,26%) azalaraq bir barel üçün $76,45-a düşüb. 5 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr ayı üçün $0,40 (0,52%) artaraq bir barel üçün $76,65-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saar 09:15 –də $0,02 (0,03%) azalaraq bir barel üçün $71,77-a düşüb. 5 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin avqust üçün neft fyuçerslərinin qiyməti $0,47 (0,66%) artaraq bir barel üçün $71,79 dollara yüksəldi.