“Azəristiliktəchizat” ASC-nin auditini bu şirkət aparacaq

10:13 - 5.07.2023


5 iyul, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC-nin 2022-ci il dekabrın 31-nə birləşdirilmiş (konsolidə edilmiş) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun (MHBS) auditi xidmətlərinin keçirilməsinin satın alınması məqsədilə keçirilən tenderin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2023- cü il mayın 11-də elektron portal vasitəsi ilə keçirilmiş açıq tenderinin nəticələrinə əsasən “UHY AUDİT” MMC qalib elan olunub. 

Həmin MMC ilə 2023-cü il iyulun 3-də müvafiq satınalma müqaviləsi bağlanılıb.