Brent ucuzlaşaraq $75,94/barel təşkil etdi

09:50 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Brent markalı neft əvvəlki sessiyanın nəticələrinə görə yüksəldikdən sonra çərşənbə günü hərracda ucuzlaşır.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:45 – ə qədər $0,31 (0,41%) azalaraq bir barel üçün $75,94-a düşüb. 4 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,60 (2,14%) artaraq bir barel üçün $76,25-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:45 – də $1,23 (1,76%) artaraq bir barel üçün $71,02-a çatdı. Nyu-York ticarət birjasında (NYMEX) ötən gün Müstəqillik Günü səbəbindən ticarət keçirilməmişdir.