10:20 - 3.07.2023
3 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi hərracda azalır.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:40 –da $0,13 (0,17%) azalaraq bir barel üçün $75,28-a düşüb. 30 iyun ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr ayı üçün fyuçersləri $0,90 (1,21%), bir barel üçün $75,41-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:40–a qədər $0,14 (0,20%) - bir barel üçün $70,50-a düşdü. 30 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti bir barel üçün $1,48 (2,14%) artaraq $70,64-a yüksəldi.
Ötən həftə Brent markalı neft 1,89%, WTI isə 2,14% bahalaşıb.
İyun ayında Brent 4,03% bahalaşıb, lakin ikinci rübdə 6,1% ucuzlaşıb. Ötən ayın nəticələrinə görə WTI qiyməti 3,52% artıb, lakin aprel-iyun aylarında kotirovkalar 6,7% azalıb.