Azərbaycanda neft məhsullarının istehsalı 29% artıb

10:29 - 20.06.2023


20 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1759,4 milyon manat dəyərində neft məhsulları istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft  məhsullarının istehsalı 393,9 milyon və ya 28,8% artıb.

2022-ci ilin yanvar-may aylarında bu göstərici 1365,5 milyon manat təşkil edib.