09:35 - 20.06.2023
20 iyun, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarətdə neftin etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:30–da $0,27 (0,32%) azalaraq bir barel üçün $75,85-a düşüb. İyunun 19-da Brent markalı neftin avqust fyuçersləri $0,52 (0,68%) ucuzlaşaraq bir barel üçün $76,09-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:30–da $0,45 (0,63%) azalaraq bir barel üçün $71,06-a düşüb. İyunun 19-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,42 (0,58%) azalaraq bir barel üçün $71,51-a düşüb.