Neft ucuzlaşır, Brent bir barelə $73,89 təşkil edir

09:24 - 12.06.2023


12 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi baş tutan ticarətdə enməyə davam edir.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri saat 09:20–də $0,90 (1,20%) azalaraq bir barelə $73,89-a düşüb. İyunun 9-da Brent markalı neftin avqust fyuçersləri $1,17 (1,54%) azalaraq bir barelə $74,79-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:20–də $0,84 (1,20%) - bir barelə $69,33-a düşdü. İyunun 9-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barelə $1,12 (1,57%) azalaraq $70,17-a düşüb.

Ötən həftə Brent markalı neft 1,76%, WTI isə 2,19% ucuzlaşıb.