Neft bahalaşır, Brent bir barel üçün $77,69 təşkil edir

09:12 - 24.05.2023


24 may, Fineko/abc.az. Neftin etalon markaların qiyməti əvvəlki artımdan sonra çərşənbə günü ticarətdə artmağa davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçersləri saat 09:10–da $0,85 (1,11%) artaraq bir barel üçün $77,69-a çatıb. Mayın 23-də Brent markalı neftin iyul fyuçersləri  $0,85 (1,12%) artaraq bir barel üçün $76,84-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində  WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:10-da $0,92 (1,26%) artaraq bir barel üçün $72,28-a çatdı. Mayın 23-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,86 (1,19%) artaraq bir barel üçün $72,91-a çatıb.