09:25 - 23.05.2023
23 may, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:22-də $0,19 (0,25%) artaraq bir barel üçün $76,18-a çatıb. Mayın 22-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersləri $0,41 (0,54%) artaraq bir barel üçün $75,99-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul ayı üçün fyuçerslərinin qiyməti saat 09:22-də $0,23 (0,32%) artaraq bir barel üçün $72,28-a çatdı. Mayın 22-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,36 (0,50%) artaraq bir barel üçün $72,05-a çatıb.
21 Avqust 2026