15:48 - 18.05.2023
18 may Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 23 milyon 957 min dollar dəyərində düyü idxal edilib.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə düyü idxalı dəyər ifadəsilə 49,8%, miqdar ifadəsilə 34,7% artıb.
Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 7 milyon 950 m.in dollar, miqdar ifadəsi ilə 6 950 ton artım müşahidə edilib.
Bir ton düyünün orta idxal qiymətlər üzrə dəyəri 2022-ci ilin 4 ayında 797 dollar ikən, 2023-cü ilin 4 ayında 887 dollar olub.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0.45%-ni təşkil edib.