09:30 - 17.05.2023
17 may, Fineko/abc.az. Neftun etalon markalarının qiyməti çərşənbə günü ticarətdə enməyə davam edir.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:28-də $0,15 (0,20%) azalaraq bir barelə $74,76-a düşüb. Mayın 16-da Brent markalı neftin iyul fyuçersləri $0,32 (0,43%) ucuzlaşaraq bir barel üçün $74,91-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı üçün fyuçerslərinin qiyməti saat 09:28-də $0,17 (0,24%) azalaraq bir barel üçün $70,69-a düşüb. Mayın 16-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,25 (0,35%) azalaraq bir barelə $70,86-a düşüb.