15:08 - 15.05.2023
15 may, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.
Qurumdan ABC.AZ-a daxil olan məlumata görə, Kommersiya departamentinin direktoru vəzifəsinə Fərrux Fərəcullayev təyin edilib.
F.Fərəcullayev “AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb və daha öncə Məhsul və Xidmətlər şöbəsinin müdiri olub.
Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru vəzifəsini Ruslan Əliyev icra edib. F.Fərəcullayevin xələfi ötən ay öz ərizəsi ilə tutduğu vəzifədən ayrılmışdı.