09:40 - 15.05.2023
15 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftə azaldıqdan sonra bazar ertəsi keçirilən hərracda aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:35-də $0,17 (0,23%) azalaraq bir barelə $74,00-a düşüb. Mayın 12-də Brent markalı neftin iyul fyuçersləri $0,81 (1,08%) ucuzlaşaraq bir barel üçün $74,17-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:35-də $0,10 (0,14%) azalaraq bir barel üçün $69,94-a düşüb. Mayın 12-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçersləri $0,83 (1,17%) azalaraq bir barelə $70,04-a düşüb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1,50%, WTI isə 1,82% ucuzlaşıb.