11:35 - 12.05.2023
12 may, Fineko/abc.az. SOCAR Türkiyədə təkcə rəqəmsallaşmaya 70 milyon dollarlıq investiya qoyub.
ABC.AZ xəbər verir ki, bunu SOCAR Türkiyə Baş İcraçı Direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, yatırılan investisiyaların həcmi deyil, onun səmərəliliyi, əhəmiyyəti və davamlılığı daha vacibdir.
“Yatırılan investisiyanın rentabelliyi baxımdan düşünürəm ki, SOCAR Türkiyə yüksək nəticələr göstərib. Təbii ki, bazar şərtlərinin səmərəli olmağı, eyni zamanda müəyyən güzəştlərin olması bizə bu nəticələri əldə etməyə imkan yaratdı. Təkcə Star Neft Emalı Zavoduna 6,7 milyon dollarlıq investisiya qoyulub. Hazırda Türkiyənin petrol kimya bazarının 25%-i Star Neft Emalı Zavodunun, 12% isə Petkimin payına düşür” -, deyə E.İbadov qeyd edib.
O, qeyd edib ki, iki il bundan qabaq Petkimin bazar payı 18% təşkil edib. Azalmaya əsas səbəb isə Türkiyənin petrol-kimya bazarının böyüməsidir:
"Ümumiyyətlə, bu göstərici ondan xəbər verir ki, Türkiyənin petrol-kimya bazarının potensialı daha böyükdür".