Neft ucuzlaşır, Brent bir barelə $74,61 təşkil edir

08:50 - 12.05.2023


12 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki gün düşdükdən sonra cümə günü ticarətdə azalmağa davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 08:45–də  $0,37 (0,49%) azalaraq bir barelə $74,61-a düşüb. Mayın 11-də Brent markalı neft fyuçersləri iyul ayı üçün $1,43 (1,87%) ucuzlaşaraq bir barelə $74,98-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı üçün fyuçerslərinin qiyməti saat 08:45-də $0,29 (0,41%) azalaraq bir barelə $70,58-a düşüb. Mayın 11-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti bir barelə $1,69 (2,33%) azalaraq $70,87-a düşüb.