Neft bahalaşır, Brent $77,12/barel təşkil edir

09:25 - 11.05.2023


11 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki enişdən sonra cümə axşamı ticarətdə yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:21–də $0,71 (0,93%) artaraq bir barel üçün $77,12-a çatıb. Mayın 10-da Brent markalı neftin iyul fyuçersləri $1,03 (1,33%) ucuzlaşaraq bir barelə $76,41-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:21-də $0,67 (0,92%) artaraq bir barel üçün $73,23-a çatıb. Mayın 10-da keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün $1,15 (1,56%) azalaraq $72,56-a düşüb.