Səudiyyə Ərəbistanı Əl-Cəzirə telekanalına rəqib yaradır

16:57 - 10.05.2023


10 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanı qlobal mediada nüfuzunu genişləndirmək üçün Qətərin Əl-Cəzirə telekanalı ilə rəqabət aparmaq üçün beynəlxalq ingilisdilli xəbər kanalı yaratmağı düşünür.

ABC.AZ “Financial Times”ə istinadən xəbər verir ki, Səudiyyə Tədqiqat və Media Qrupu layihəni kommersiya baxımından sərfəli layihə kimi inkişaf etdirməyə başlayıb.

Ekspert Claire Endersin sözlərinə görə, Ər-Riyad Qətərin media strategiyasını, o cümlədən idman yayımı hüquqlarını əldə etməyi izləyir və eyni ssenaridən effektiv şəkildə istifadə edir.

"Səudiyyə Ərəbistanının dünyada təsirini artırmaq üçün oxşar media strukturuna sərmayə qoymaq üçün qeyri-məhdud resursları var", - deyə Enders əlavə edib.