İlon Mask “WhatsApp”ı etibarsız adlandırdı

15:56 - 10.05.2023


10 may, Fineko/abc.az. Son zamanların ən populyar mesajlaşma proqramı olan “WhatsApp”ın etibarlılığı sosial medianın ən çox danışılan mövzusudur.

ABC.AZ xəbər verir ki, bir Twitter istifadəçisi WhatsApp-ın proqram aktiv olmadığı halda belə telefonunun mikrofonuna çıxışı olduğunu iddia edib. Twitter-in sahibi İlon Mask da müzakirələrə qoşulub.

Məşhur milyarder İlon Mask istifadəçinin tvitinə “WhatsApp-a etibar etmək olmaz” cavabını verib.

Tvit yazan Mask izləyicilərinə “Heç nəyə güvənməyin” mesajı verib.