“WhatsApp Web”in yeni beta versiyasını təqdim edib

15:14 - 10.05.2023


10 may, Fineko/abc.az. “WhatsApp” messenceri göndərilən mesajları redaktə edə biləcəyiniz “WhatsApp Web”in yeni beta versiyasını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, yenilikdən sonra istifadəçilər mesajın mətnini göndərib, beş dəqiqə ərzində qeyri-məhdud sayda mənti dəyişə biləcəklər.

Mətnə düzəliş vermək üçün mesajın üzərinə tıklamaq və “Düzəliş et” düyməsini sıxmaq lazımdır. Gələcəkdə bu funksiya iOS və Android-də də əlçatan olacaq.

Bundan əvvəl “WhatsApp” messenceri “Windows” üçün yeni beta versiyasını buraxıb.