Neft ucuzlaşır, Brent bir barelə $76,92 təşkil edir

09:40 - 10.05.2023


10 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ardıcıl üç artım sessiyasından sonra çərşənbə günü ticarətdə azalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:35-də qədər $0,52 (0,67%) - barel başına $76,92-a düşdü. 9 may ticarətinin nəticələrinə görə, Brent markalı neftin oyul fyuçersləri $0,43 (0,56%) artaraq barel başına $77,44-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı fyuçerslərinin qiyməti saat 09:35-də $0,52 (0,71%) azalaraq barel başına $73,19-a düşüb. 9 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,55 (0,75%) artaraq barel başına $73,71-a yüksəldi.

Neft qiymətləri son 3 sessiyada artıb.