Microsoft bu sahibkarlara 350.000 dollara qədər kredit verəcək

11:12 - 4.05.2023


4 may, Fineko/abc.az. “Microsoft” startaplarını genişləndirmək barədə qərar qəbul edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən, şirkət “Pegasus” Proqramı adlı yeni inkubator proqramı ilə “Azure” kreditləri də daxil olmaqla pulsuz resurslar təqdim edən özünəxidmət platforması olan “Startup Founders Hub”u genişləndirir.

Belə ki, “Microsoft”, “Pegasus” proqramı ilə sahibkarlara 350.000 dollara qədər kredit verəcək.

“Microsoft Startups” şirkətinin idarəedici direktoru Hans Yang bildirib ki, mövcud iqtisadi mühiti nəzərə alsaq, “Microsoft”un “Pegasus” proqramının yeni başlayanlar üçün əhəmiyyəti çox böyükdür:

“Sərmayənin məhdud olduğu bir şəraitdə biz startaplara kredit dəstəyi veririk”.