ABB səhmdarlarının növbədənkənar iclası keçiriləcək – Qiyabi səsvermə olacaq

14:59 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Sentyabrın 30-da "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinin məlumatına görə, yığıncaqda səsvermə Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi şəkildə həyata keçiriləcək. Səhmdarlar Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinetləri vasitəsilə səs verə biləcəklər.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  • Maliyyə Nazirliyinin nümayəndəsinin ABB-nin Müşahidə Şurasında təmsil olunması;

  • Bankın Nizamnaməsində dəyişiklik edilməsi;

  • Müşahidə Şurası haqqında Əsasnaməyə dəyişikliklərin olunması.