Gmail mavi işarə alacaq - “Google” şirkətindən açıqlama

10:13 - 4.05.2023


4 may, Fineko/abc.az. “Gmail” mayın 4-dən etibarən mavi işarə alacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu “Google” şirkətindən açıqlayıblar.

Məlumata görə, təhlükəsizlik məqsədilə gətirilən bu funksiya istifadəçilərə onlara “e-poçt” göndərən şirkətlərin həqiqi hesab olub-olmadığını anlamağa imkan verəcək.

“Google” tərəfindən elan edilən bu yenilik onun poçt fırıldaqçılarına qarşı təhlükəsizlik tədbirlərini artırdığını göstərir.

Şirkətin bu hərəkəti istifadəçilərin daxil olan “e-poçt”ların həqiqi və ya saxta olduğunu başa düşmələrini asanlaşdıracaq.