17:10 - 3.05.2023
3 may, Fineko/abc.az. “PASHA Holding” Azərbaycanın taksi bazarına daxil olub.
ABC.AZ xəbər verir ki, Holdinqin “Umico” brendi (Competo MMC) Ukraynaının “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb. Artıq bu gündən yeni taksi xidməti sifarişləri qəbul etməyə başlayıb.
Bu prosesdə “Paşa Holdinq”in tərəfdaşı olan “Uklon Azərbaycan” MMC bu ilin fevralında “Paşa Holdinq”lə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatdan keçib, nizamnamə kapitalı 100 000 ABŞ dollarıdır.
İKT üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, bu yenilik, əsasən xarici taksi şirkətlərin hökmranlıq etdiyi Azərbaycanın taksi xidmətləri bazarında rəqabəti bir qədər də gərginləşdirəcək.
“Belə görünür ki, “PAŞA Holdinq” çatdırılma, e-ticarət, taksi xidməti və s. funksionallıqlara sahib olan “Umico”nu daha nəhəng bir platformaya çevirmək niyyətindədir. Beləliklə, Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb:
Ölkəmizdə taksi bazarında rəqabət ifrat dərəcədə güclüdür. Yüzlərlə taksi şirkətləri var. On minlərlə taksi sürücüləri bu bazarda xidmət göstərir. Xarici taksi şirkətləri daha innovativ həllər təklif edirlər. Qiymətlər də kifayət qədər ucuzdur.
Ümumiyyətlə, qiymətlərin hədsiz ucuzlaşması ilə, taksi bazarında 100-dək yerli taksi şirkətinin, 5 xarici taksi şirkətinin olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır” – deyə O.Gündüz bildirib.