15:05 - 1.05.2023
1 may, Fineko/abc.az. “Microsoft” təxminən 40 ildir istehsal etdiyi klaviatura modelini istehsaldan çıxarmağı düşünür.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki,
“Microsoft” ilin birinci rübündə əldə etdiyi gəlirlərlə gözləntiləri aşsa da, “Windows” və cihaz satışlarında azalma müşahidə olunub.
Uzun müddət şirkətə ciddi gəlirlər gətirən “Surface” ailəsi də bu enişdən öz payını alıb.
Ötən həftə “Microsoft”un öz brendi altında klaviatura, siçan və veb-kamera istehsal etməyəcəyi, qalan ehtiyatlar tükəndikdən sonra isə bütün diqqətini “Surface” markasına yönəldəcəyi müzakirə edilirdi.
Bəzi mənbələr “Surface” markasının aksesuar istehsalında da ixtisarların olacağını bildirir.
18 Avqust 2026