09:35 - 1.05.2023
1 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, keçən həftənin sonunda azalma və ayın sonunda kiçik bir artımdan sonra bazar ertəsi keçirilən hərracda düşür.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri saat 09:33-də $0,55 (0,68%) azalaraq bir barel üçün $79,78-a düşüb. 28 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $2,11 (2,70%) artaraq bir barel üçün $80,33-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:33-də $0,62 (0,81%), bir barelə $76,16-a düşdü. 28 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $2,02 (2,70%) artaraq bir barel üçün $76,78-a yüksəldi.
Ötən həftə Brent markalı neft 1,39%, WTI nefti isə 1,40% ucuzlaşıb.
2023-cü ilin aprel ayının nəticələrinə görə Brent markalı neft 0,75%, WTI nefti 1,29% bahalaşıb.