Neft bahalaşır, Brent barel başına $78,73 təşkil edir

09:25 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü keçirilən ticarətdə artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçersləri saat 09:23-də $0,51 (0,65%) artaraq bir barelə $78,73-a çatıb. 27 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,50 (0,64%) artaraq bir barel üçün $78,22-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:23-də $0,41 (0,55%) artaraq barel başına $75,17-a yüksəldi. 27 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,46 (0,62%) artaraq bir barelə $74,7-a yüksəldi.