14:51 - 27.04.2023
27 aprel, Fineko/abc.az. ABŞ hökuməti “JPMorgan”a Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üzrə ödəniş əməliyyatlarını idarə etməyə icazə verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, lakin bu, SWIFT mesajlaşma sistemini əvəz etməyəcək.
Rusiya taxıl və gübrə ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılmasa, sazişin müddətini uzatmayacağını bəyan edib.
"JPMorgankənd təsərrüfatı məhsullarının ixracı üçün ödənişləri emal etmək üçün lisenziya verib, lakin proses çətindir. Bu (metod) SWIFT-i əvəz edə bilməz" – deyə Rusiyalı mənbə Reuters agentliyinə bildirib.
21 Avqust 2026