16:44 - 14.04.2023
14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi ötən 3 ayda pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan ərzaq və qeyri-ərzaq məhsulları barədə hesabat açıqlayıb.
ABC.AZ xəbər verir ki, I rübdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6%-ni təşkil edib.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin 3 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1%, fərdi sahibkarlar üzrə 3,8%, bazar və yarmarkalarda 3,5% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.
21 Avqust 2026
19 Avqust 2026