Xaricdən nə vaxtadək alınan avtomobilləri ölkəyə gətirmək olar?    

14:33 - 13.04.2023


13 aprel, Fineko/abc.az .Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin martın 29-da qəbul etdiyi qərarı ilə Azərbaycana gətirilən avtomobillərə yaş limiti qoyulub.

Qərara əsasən artıq ölkəyə ancaq o avtomobillər gətirilə bilər ki, istehsal tarixindən 10 ildən artıq vaxt keçməsin.

Nazirlər Kabinetinin qərarına əsasən bu qərar 30 gündən sonra, yəni aprelin 29-dan qüvvəyə minəcək.

Həmin tarixə qədər isə ölkəyə 2006-cı ildən sonra buraxılan avtomobilləri gətirmək və rəsmiləşdirmək olar.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aprelin 29-dək xaricdə alınan və ölkəyə gətirilən avtomobillərin  rəsmiləşdirilməsi ilə bağlı problem yoxdur.

Qeyd edək ki, sözügedən qərardan sonra Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi martın 29-dək alınan avtomobillərin ölkəyə gətiriləcəyi halda rəsmiləşdiriləcəyini bildirmişdilər.

Bu açıqlamalardan elə başa düşülürdü ki, martıq 29-dan sonra alınan müddəti 10 ildən artıq avtomobillər ölkəyə buraxılmayacaq.