Rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasına başlanılıb

12:22 - 13.04.2023


 13 aprel, Fineko/abc.az. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, ölkəmiz üçün rəqəmsal iqtisadiyyat strategiyası hazırlanmalı və təsdiq olunmalıdır. Bununla bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq işçi qrup yaradılıb. Həmçinin beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə strategiyanın hazırlanmasına başlanılıb.

Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda keçirilən tədbirdə deyib.

“Strategiyaya uyğun olaraq, rəqəmsal infrastrukturun tənzimlənməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi, eyni zamanda, maliyyə resurslarına çıxış nəzərdə tutulur”, - deyə o əlavə edib.

© Azertag