"Samsung Electronics"in mənfəəti bu səbəbdən azala bilər

14:57 - 7.04.2023


7 aprel, Fineko/abc.az.  Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan "Samsung Electronics"in mənfəətinin azalacağı proqnozlaşdırılır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Samsung Electronics" 2023-cü ilin birinci rübündə mənfəətinin 96 % azalacağını ehtimal edir. Bu səbəbdən şirkət istehsalı azaltmaq qərarına gəlib. Məlumata görə, "Samsung" yaddaş çipinin istehsalını "əhəmiyyətli səviyyəyə" endirəcək. 

Müəllif: Elmir Murad