Şahdəniz yatağından 3 ay ərzində əldə olunan gəlir açıqlanıb

11:37 - 7.04.2023


7 aprel, Fineko/abc.az.  Dövlət Neft Fondu (ARDNF) ''Şahdəniz'' qaz və kondensat yatağından (qaz və kondensat satışından) əldə etdiyi gəlirlərini açıqlayıb.

ARDNF-dən ABC.AZ-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən aprelin 1-dək 646,359 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər yanvarın 1-dən aprelin 1-dək  128,166 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən martın 1-dək gəlirləri 534,751 mln. ABŞ dolları təşkil edib. Həmçinin, Şahdəniz yatağı üzrə kondensatın satışından  yanvarın 1-dən martın 1-dək 58,069 mln. ABŞ dolları gəlir əldə olunub.