Moskvada İKEA-nın Belarus variantı olan ilk mağazası açılacaq

10:15 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Aprelin 15-də Moskvanın "Şelkovski" ticarət və əyləncə mərkəzində IKEA-nın analoqu olan Belarus brendi "Swed House"un ilk mağazası açılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətindən məlumat verilib.

"Aprelin 15-də "Şelkovski" ticarət mərkəzində Rusiyada ilk "Swed House" mağazası açılacaq. Yeni məkanda öz brendinin malları ilə yanaşı, IKEA-nın analoqları da olacaq. Yeni məkanda mətbəx malları, tekstil, mebel aksesuarları və s. təklif olunacaq”, - deyə mətbuat xidməti bildirib.