Neft ucuzlaşır, Brent $84,39 / barel təşkil edir

09:35 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Cümə axşamı hərracda etalon markalı neftin qiyməti aşağı düşür.

Brent markalı neftin iyun fyuçerslərinin dəyəri saat 09:30–da Londonun ICE Futures birjasında $0,60 (0,71%) azalaraq bir barelə $84,39-a düşüb. 5 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,05 (0,06%) artaraq bir barelə $84,99-a yüksəldi.

Saat 09:30-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti $0,63 (0,78%) azalaraq bir barelə $79,98-a düşüb. 5 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,10 (0,12%) azalaraq bir barelə $80,61-a düşüb.