"Delta Telecom"un satış gəlirlər kəskin azalıb

10:48 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Azərbaycanın əsas internet təminatçısı olan "Delta Telecom" 2021-ci il üzrə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə "Delta Telecom"un satış gəlirləri azalaraq 67,2 milyon manatdan 66,4 milyon manata düşüb.

Bu dövrdə şirkətin cəmi əməliyat xərcləri 36 milyon manat olub. Nəticədə "Delta Telecom" 2021-ci ili 30 milyon 354 min manat xalis əməliyyat mənfəəti ilə tamamlayıb.

Bundan 6,4 milyon manat mənfəət vergisi kimi ödənilib, nəticədə "Delta Telecom" 2021-ci ili 23 milyon 919 min manat xalis mənfəətlə tamamlayıb. Bu 2020-ci ilin göstəricisindən 5 milyon manata yaxın artıqdır.

Qeyd edək ki, 2020-ci ildə şirkətin xalis mənfəəti 19 milyon 119 min manat olmuşdu.