Avropada qazın qiyməti 8 dəfə ucuzlaşıb

16:57 - 7.03.2023


7 mart, Fineko/abc.az. Avropada qazın tarixi ən yüksək qiymətinin qeydə alınmasından bir il ötür. İl ərzində qiymət 8 dəfədən çox aşağı düşüb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu ilin 7 mart tarixində keçirilən hərraclar zamanı aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 474 ABŞ dolları təşkil edib, bu da öncəki hesablama qiyməti (464,1 dollar) ilə müqayisədə 2,1% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.