17:10 - 6.03.2023
6 mart, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “XİM POLİMER” MMC barəsində iddia qaldırıb.
ABC.AZ xəbər verir ki, şirkət “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulmasında təqsirləndirilir.
Bildirilir ki, şirkət barəsində DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqların aşkar edilib və bununla bağlı 2 mart 2023-cü il tarixində araşdırılma aparılıb.
Qeyd edək ki, araşdırmanın mövzusu ilə bağğı göstərilən «Haqsız rəqabət haqqında» Qanunun 9-cu maddəsi “İstehlakçıların çaşdırılması” ilə bağlıdır.
18 Avqust 2026