Neft ucuzlaşır, Brent bir barelə $85,03 təşkil edir

09:30 - 6.03.2023


6 mart, Fineko/abc.az. Ötən həftəki artımdan sonra bazar ertəsi keçirilən ticarətdə etalon markaların qiyməti aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri saat 09:28-də $0,80 (0,93%) azalaraq bir barelə $85,03-a düşüb. Martın 3-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $1,08 (1,27%) artaraq bir barelə $85,83-a çatıb.

Saat 09:28-də qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,73 (0,92%) azalaraq bir barelə $78,95-a düşüb. Martın 3-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,52 (1,94%) artaraq bir barelə $79,68-a çatıb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 3,63%, WTI isə 4,40% bahalaşıb.