11:49 - 3.03.2023
3 mart, Fineko/abc.az. 1 mart 2023-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan ABC.AZ-a daxil olmuş məlumatada bildirilir ki, AÇG yatağından 01.01.2023-01.03.2023 dövründə 1 milyard 324 milyon ABŞ dolları gəlir götürülüb.
Şahdəniz yatağından (qaz və kondensat) gəlir isə 534 milyon 751min ABŞ dollarıdır. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 58 milyon 69 min ABŞ dollarıdır.