16:08 - 2.03.2023
2 mart, Fineko/abc.az. Türkiyənin “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur) ötən ili 6 545 mln. türk lirəsi ilə xalis mənfəətlə başa vurub.
ABC.AZ “SOCAR Türkiyə”yə istinadən xəbər verir ki, bu da illik müqayisədə 19% çoxdur. Hesabat dövründə “Petkim” üzrə toplam satışlar 70% artaraq, 48 898 mln. lirə təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 TL 0,09 AZN təşkil edir.