Neft bahalaşır, Brent bir barelə $84,42 təşkil edir

09:02 - 2.03.2023


2 mart, Fineko/abc.az. Etalon markaların qiyməti cümə axşamı keçirilən hərracda artır.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri saat 09:00-da $0,11 (0,13%) artaraq bir barelə $84,42-a çatıb. Martın 1-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $0,86 (1,03%) artaraq bir barelə $84,31-a çatıb.

Saat 09:00-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel ayı fyuçerslərinin qiyməti $0,09 (0,12%) artaraq bir barelə $77,78-a yüksəldi. Martın 1-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,64 (0,83%) artaraq bir barelə $77,69-a çatıb.